Premyer Liqada "Turan Tovuz" "Qəbələ"ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Turan Tovuz" 6-cı pilləyə yüksəlib. 15 xala malik "qırmızı-qaralar" sonuncudur.
Lalə Nəsib