Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Azərbaycanla müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. Şübhəsiz ki, bu iş Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir.", - deyə Rusiya Prezidenti qeyd edib. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Albaniya Prezidenti Bayram Beqay, İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani də Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, fəaliyyətində yeni uğurlar arzulayıblar.
Lalə Nəsib