Prezident İlham Əliyev Əlcəzairli həmkarını təbrik edib
Otuzillik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Bu fikirlər Prezident İlham Əliyevin Əlcəzairli həmkarı Abdelmacid Tebbuna 1 Noyabr – İnqilab Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Prezident əlavə edib ki, dövlətlərarası münasibətlərimiz bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək.
Nərgiz Camalzadə