Canlı
Prezident İlham Əliyev 4 nəfərə general rütbəsi verdi

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi və bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Polis polkovniki olan 4 nəfərə polis general-mayoru rütbəsi verilib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində fərqləndiklərinə və xüsusi xidmətlərinə görə 22 nəfər “Vətən uğrunda” medalı, 13 nəfər isə “İgidliyə görə” medalı ilə təltif edilib.

Fərid Mehdiyev