Prezident İlham Əliyev BƏƏ Prezidentini ölkəmizə səfərə dəvət etdi
Prezident İlham Əliyev Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdədir. Dövlət başçımız Dubayda bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edilib. Dövlətimizin başçısı həmkarını Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Lalə Nəsib