Prezident İlham Əliyev belaruslu həmkarı ilə görüşüb
Sankt-Peterburqda işgüzar səfərdə olan Prezidenti İlham Əliyevin Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb. 2 ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı məmnunluqla qeyd edilib. Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. Dövlət başçıları gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Lalə Nəsib