Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatların aparıldığını deyib, Ordumuzun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd edib və bütün bunların ötən ilin sentyabrında keçirilən antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirib. Azərbaycan ilə Türkiyə arasında hərbi, müdafiə sənayesi, təhlükəsizlik, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin silahlı qüvvələri tərəfindən birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti xüsusilə qeyd edilib.
Lalə Nəsib