Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana Türkiyədəki zəlzələnin ildönümü ilə bağlı məktub ünvanlayıb
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana Türkiyədəki zəlzələnin ildönümü ilə bağlı məktub ünvanlayıb. Dövlət başçısı dəhşətli faciənin Azərbaycanı da dərindən sarsıtdığını vurğulayıb. Ölkəmizin Kahramanmaraşda humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak etdiyinə diqqət çəkib. "Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq"- deyə Ölkə rəhbəri vurğulayıb.
Lalə Nəsib