Prezident İlham Əliyev sərəncamlar imzalayıb
İldırım Vəliyev Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin şöbə müdiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı “Tərəqqi”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Lalə Nəsib