Prezident seçkiləri ilə əlaqədar 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat Mərkəzi Seçki Komissiyasına sənədlərini təqdim edib. MSK sədri Məzahir Pənahov məlumat verib ki, indiyədək seçkiləri ilə bağlı 31 beynəlxalq təşkilatı təmsil edən 153 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Yerli müşahidəçilərin sayı isə 26 minə yaxındır.
Lalə Nəsib