Prezident seçkiləri ilə əlaqədar xaricdə seçki məntəqələrinin yaradılması müddəti sabah başa çatır
Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə azı 30 gün qalanadək diplomatik nümayəndəliklərdə proses yekunlaşmalıdır. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət yanvarın 8-dək olan dövrü əhatə edir.
Lalə Nəsib