Prezident siyasi dəstəyə görə Pakistana minnətdarlıq edib
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyə görə Pakistana minnətdarlığını bildirib. Dövlət başçısı bu barədə Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edərkən deyib. Prezident suverenliyimizin tam bərpa olunduğunu diqqətə çatdırıb. İşğaldan azad edilən ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını söyləyib.
Nərgiz Camalzadə