Prezidentin müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb
Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb. Müracitədə XXI əsrdə kolonializmin davam etməsinin narahatlıq doğurduğu vurğulanıb. Prezident, eyni zamanda, Fransanın dünyada ən çox mina istifadə etmiş ölkələrdən biri olduğuna diqqət çəkib. Azərbaycanın da minadan ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutduğunu vurğulayıb.
Nərgiz Camalzadə