Prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatıb
Prezidentliyə namizəd olmaq üçün daxil olan müraciətlərin sayı 15-ə çatıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, 7 namizədin müraciəti artıq təsdiqlənib, 8-nin müraciətinin təsdiqi üçün işlər görülür. Bundan başqa, seçicilər səsvermə yeri və vaxtı barədə məlumatlandırılacaq. 6 milyon 524 min 203 bildiriş müəyyən mətbəə üsulu ilə çap olunacaq.
Lalə Nəsib