"Qızılcaya görə məktəblərin bağlanması gündəmdə deyil" Emin Əmrullayev
"Ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır və məktəblərin bağlanması gündəmdə deyil" Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarətin gücləndirildiyini bildirib. Uşaqlara vaxtında peyvəndləmə olmadıqda bir neçə ildən sonra belə reallıqların baş verdiyini söyləyən Əmrullayev valideynləri vaxtında övladlarını vaksinasiya etdirməyi tövsiyə edir.
Lalə Nəsib