Qəbələ və Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var
Qəbələnin Hacallı kəndində hərəkətdə olan "Chevrolet Cruze" avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan Şamaxı sakinləri Elsəvər Qədimov və onun həyat yoldaşı Nigar Qədimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Naxçıvanın Vayxır kəndində isə iki avtomobilin toqquşması nəticəsində xəsarət alan Mehman Fətullayev xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Lalə Nəsib