Qəbələninin Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna məlumat daxil olub. Yerli sakin, Səxavət Ağayevin yol hərəkəti qaydalarını pozaraq sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan idarə etdiyi “VAZ 2107” avtomobillə saxlanılarkən qardaşı Eldəniz Ağayevlə birgə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara daş parçası, yumruq və təpiklə xəsarət yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməklə müqavimət göstərməsinə və Polis Şöbəsinə məxsus avtomobili zədələmələrinə şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Lalə Nəsib