Qəbələdə qohumunun evinə basqın edən maskalı şəxs yıxalaraq xəsarət alıb
Qəbələnin Zarağan kəndində maskalı naməlum şəxs evlərdən birinə daxil olaraq ev sahibini kəsici-deşici alətlə hədələyib, pul və qızıl-zinət əşyaları tələb edib. Ev sahibi qadın müqavimət göstərib və maskalı şəxsi tanıyıb. Hadisə yerindən qaçmağa çalışsa da, kənd sakinləri tərəfindən saxlanılaraq polisə təhvil verilib. Əməli törətməkdə şübhəli bilinən, ailənin qohumu olan Daşca kənd sakini, Rəşad Məmmədov olub. Onun üzərindən bıçaq, maska, 2 cüt əlcək, 4 ədəd xamut, aşkar olunaraq götürülüb. O, təkrar qaçmağa cəhd edərkən yıxılaraq yüngül xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb.
Lalə Nəsib