Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək. İştirakçılara qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. 3469 abituriyent qeydiyyatdan keçdiyi imtahan 11 şəhərdə ümumilikdə 20 binada təşkil olunacaq.
Lalə Nəsib