Canlı
Qərb bölgəsinin fermerləri texnika sarıdan əziyyət çəkməyəcək

Taxıl biçininin başlaması ilə əlaqədar qərb bölgəsində fermerlərin texnika təminatı sarıdan çətinlikləri olmayacaq. Aqrolizinq ASC-nin Şəmkir Regional Nümayəndəliyindən belə deyirlər. Qurumun xidməti ərazisinə daxil olan Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən və Gədəbəy rayonlarında hazırda arpa sahələrində biçin işlərinin 80%-i yekunlaşıb. Bir neçə gündən sonra isə buğdanın kütləvi şəkildə biçininə start veriləcək. Nümayəndəlik tərəfindən 500-dən artıq fermerlə müqavilə bağlanıb və 100 min hektardan artıq sahədə biçin aparılacaq.

Ruhəngiz Hacızadə