Qərb derbisində “Kəpəz” qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 19-cu tur davam edir. 2-ci oyun günündə 2 görüş keçirilib. Əvvəlcə "Səbail" "Zirə"ni qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Qərb derbisində isə "Turan Tovuz" "Kəpəz"in qonağı olub. Qarşılaşma Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Lalə Nəsib