Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub
Şahmatın rapid və blits növləri üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Yarışda idmançılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıblar. İki yarışın yekununa əsasən 14 xal toplayan Ləman Hacıyeva Azərbaycan çempionatının qalibi olub. Çempionatın mükafat fondu 3000 manat təşkil edib. Azərbaycan çempionatı Səmərqənddə keçiriləcək dünya çempionatlarına seçmə xarakter daşıyıb.
Lalə Nəsib