Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Tura Gəncədə start verilib. Şəhərin eyniadlı təmsilçisi “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. Oyun gəncəlilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər görüşləri “Abşeron”- “Murov Az Terminal” və "UNEC - “Azərreyl” arasında keçirilib.
Lalə Nəsib