Qadın voleybolçulardan ibarət “Gəncə”qələbə qazanıb
Qadın voleybolçuların Yüksək Liqasında XI tura start verilib. Açılış oyununda “Milli Aviasiya Akademiyası” “Gəncə”ni qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda “Gəncə” 15 xalla 4-cü yerdədir. Aktivində 10 xalı olan “Milli Aviasiya Akademiyası” isə 5-ci pillədə qərarlaşıb.
Lalə Nəsib