Canlı
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 48 nəfər tutulub

Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 44 nəfər Pakistan İslam Respublikası, 3 nəfər Banqladeş Xalq Respublikası və 1 nəfər Filippin Respublikası vətəndaşı saxlanılıblar. Aşkar edilmiş faktlarla bağlı Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.

Vüsalə Camal