Qar yağıb, yollarda görünüş məsafəsi məhdudlaşıb
Ölkə ərazisinin əksər bölgələrində qarlı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb. Yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti 25-i gecə və səhər saatlarınadək davam edəcək. Bəzi yolların buz bağlayacağı ehtimalı var.
Lalə Nəsib