"Qarabağ"ın futbolçusu Avroliqada qaydanı ən çox pozan oyunçudur
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu başa çatdıqdan sonra, ilk 3 turun yekunları ilə bağlı statistikalar açıqlanıb. Qarabağ yarışda ən çox qələbə qazanan kollektivlər sırasında 5-cidir. Ağdam təmsilçisi rəqib qapısına ən çox zərbə endirən 17-ci komandadır. Dəqiq ötürmə edən komandalar sırasında 13-cü ola "köhlən at"lar, qayda pozuntularına ən çox yol verən 32 iştirakçı arasında isə 5-ci yeri tutur. Turnirin ən intizamsız futbolçusu isə 11 dəfə qaydanı pozan "Qarabağ"ın yarımmüdafiəçisi Julio Romaodur.
Emin İsazadə