"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
"Qarabağ"ın Norveçdə "Molde"yə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl son məşqi Bakıda baş tutacaq. Noyabrın 28-də, saat 18:30-da gerçəkləşəcək hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq. Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə təşkil olunacaq mətbuat konfransı Norveçdə reallaşacaq. Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
Lalə Nəsib