"Qarabağ"ın prezidenti bu gün Leverkuzendə keçiriləcək qarşılaşmanı dəyərləndirib
Bakıda keçirilən oyun göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Bayer 04" ilə cavab oyunu barədə danışarkən deyib. O "Qarabağ"dan əzmkar mübarizə gözlədiyini vurğulayıb. Leverkuzendəki qarşılaşma bu gün, Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
Lalə Nəsib