"Qarabağ" - "Hakken" oyununa 20 minə yaxın bilet satılıb
“Qarabağ” – “Hakken” oyunundan öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov dekabrın 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirəcək. 16:30-da isə media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq başlayacaq. Eyni zamanda oyun üçün indiyədək 18700 bilet satılıb. Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq.
Lalə Nəsib