Qarabağ Universitetində 20 ixtisas üzrə tədris aparılacaq
Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Elm və təhsil nazirinin müavini İdris İsayevin sözlərinə görə, tələbələr üçün yataqxananın olması da nəzərdə tutulur. Eləcə də ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. Qarabağ Universitetində 20 ixtisas üzrə tədris aparılacaq. Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur.
Lalə Nəsib