Qarlı hava şəraiti Qərb bölgəsinin yollarında qismən çətinlik yaradıb
Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarında qarlı hava şəraiti səbəbindən nəqliyyatın hərəkətində qismən çətinlik yaranıb. Bununla bağlı aidiyyəti qurumlar tərəfindən xüsusi texnikalarla yolların təmizlənməsi işləri davam etdirilir. Sürcülərə qarlı və buzlu yollarda hərəkət edən zaman ehtiyatlı olmalarını tövsiyə edilir.
Lalə Nəsib