Qattuzo istefaya göndərilib
“Marsel” baş məşqçisi Cennero Qattuzonu istefaya göndərib. Onunla birlikdə köməkçiləri də Liqa1 təmsilçisini tərk ediblər. Buna klub rəhbərliyinin komandanın çıxışından narazılığı səbəb olub. Baş məşqçi postuna Jan-Lui Qassenin gətiriləcəyi gözlənilir. 22 oyunda 30 xal toplayan “Marsel” turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.
Lalə Nəsib