Qaydaları pozan gəmi istifadəçisi cərimələnib
Kür çayının Mingəçevir və Şirvan şəhərlərinin ərazisindən keçən hissəsində nəzarət tədbirləri zamanı kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərinin pozulduğu aşkarlanıb. Kiçikhəcmli gəmi istifadəçisi, Şirvan sakini Rafiq Əliyev inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib edilib və qayıq müvəqqəti saxlanca yerləşdirilib.
Lalə Nəsib