Qobustan və Hacıqabulqa oğrular saxlanıb
Qobustanın Çuxanlı və Yekəxana kəndlərində yerləşən ümumilikdə 3 mağazadan pul, telefon danışıq kartları və dəyəri 1 000 manatdan yuxarı olan tütün məmulatları oğurlanıb. Əməlləri törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb. Hacıqabulda isə ümumi dəyəri 10 000 manat olan kabeli oğurlayan rayon sakini, Ələm İbrəhimov saxlanılıb. Həmcinin ondan heroin də aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanıb.
Lalə Nəsib