Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib
Qobustanda 42 yaşlı Günel Sadıqova kəsici-deşici alətlə öldürülüb. Cinayəti törətədən qadının həyat yoldaşı Mürsəl Cabbarov hadisədən sonra özünə xəsarət yetirib. Mürsəl Cabbarov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir. Faktla bağlı cinayət işi başlanılıb.
Lalə Nəsib