Qubada evlənmək adı ilə xanımlara qarşı dələduzluq edən şəxs həbs olunub
Qubada yaşayan Cəfər Məmmədov saxlanılıb. O, 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək ümumilikdə 30 980 manat pulu ələ keçirib. Həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib. Faktla bağlı cinayət işi başlanılıb.
Lalə Nəsib