Qubada oğurluq edən Xaçmaz sakinindən narkotik aşkarlanıb
Xaçmaz sakini Elvin Məmmədov Qubada saxlanılıb. Onun rayon ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, eləcə də tövlədən 6 baş xırdabuynuzlu heyvanı oğurlaması müəyyən edilib. Həmçinin, üzərindən heroin və metamfetamin aşkar olunub. Faktlarla bağlı cinayət işi başlanılıb.
Lalə Nəsib