"Sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm" Prezident İlham Əliyev

Məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. İstəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”. Bunu Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. Dövlət başçısı danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistanın sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istədiyini, bunun Azərbaycanın daxili işi olduğunu da qeyd edib. "Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Həmin məsələ qarşılıqlı olmalıdır.", - deyə Prezident İlham Əliyev qeyd edib.

Lalə Nəsib

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik