Səhiyyə Nazirliyi qızılca ilə bağlı hamilələrə çağırış edib
Qızılcaya yoluxan şəxslə kontaktda olan hamilə qadınlar təcili şəkildə həkimə müraciət etməli, 72 saat ərzində hamiləyə qızılca əleyhinə immunoqlobulin yeridilməlidir. Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır. Vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik dövründə xəstəliyin gedişatı ağır ola bilər.
Lalə Nəsib