Canlı
Səlim Müslümov Şəmkirdə vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəmkirdə bölgə vətəndaşlarının qəbulunu keçirib. Qəbulda bu rayonla yanaşı, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sakinləri iştirak ediblər. Müraciətlər əsasən imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təmin edilməsi, müxtəlif sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, əmək qanunvericiliyi, sığorta-pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi, aktiv əmək bazarı proqramlarına cəlb olunma və sair məsələlərlə bağlı olub.

Vəfa Şairova