Saatlıda yol qəzası nəticəsində piyada həyatını itirib
Saatlının Qıraqlı kəndində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı ağır xəsarətlər alan piyada Ədalət Əliyev həyatını itirib. Qəza törədən sürücü hadisə yerindən uzaqlaşıb. Hazırda sürücünün saxlanılması istiqamətində tədbirlər görülür.
Lalə Nəsib