Sabirabadda körpənin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Sabirabadda körpənin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi aparılır.
Lalə Nəsib