Sabirabadda qanunsuz ov edən iki nəfər saxlanılıb
Sabirabadın Suqovuşan ərazisində müvafiq icazəsi olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb. Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl dovşanları və ov quşları aşkarlanaraq götürülüb. Araşdırma aparılır.
Lalə Nəsib