Sabunçu dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb
Sabunçu dəmir yolu stansiyasında üzərində silah və narkotik maddə olan Vüsal Nəcəfəliyev tutulub. Ondan 1 kiloqram 125 qram marixuana, tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. Yardımlının Ərsilə kəndindən isə "AK-74" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 300 ədəd patron və 1 ədəd əl qumbarası tapılıb. Faktlar araşdırılır.
Lalə Nəsib