Sahil Babayev: Postmüharibə dövründə imtiyazlı şəxslərə 5500 ev verilib
Postmüharibə dövründə imtiyazlı şəxslərə 5500 ev verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə, müharibə əlillərinə evlərin verilməsi prosesinin sürətlə aparıldığını bildirib. Cari il ərzində də 1500 mənzilin və evin verilməsi planlaşdırılır. "Bu ilin sonuna qədər cari il üzrə hədəfimizi icra edə biləcəyik"-deyə nazir əlavə edib.
Lalə Nəsib