Salyanda kollektorun daşması nəticəsində su basan ərazilərdə tədbirlər görülüb -
İntensiv yağışlar səbəbindən Salyanın, Qarabağlı kəndindən keçən şor su kollektorunun daşması nəticəsində həyətyanı sahə və təsərrüfatlarda qrunt suları yığılıb. FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Lalə Nəsib