Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir, Azərbaycan Prezidenti tədbirdə iştirak edir
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə işgüzar səfər edib. Azərbaycan Prezidentinin Sankt-Peterburqda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub. Bu gün həmçinin, Prezident İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri “Yekaterina sarayı” və "Böyük Peterhof Sarayı” ilə tanış olublar. Hazırda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir. Prezident İlham Əliyev tədbirdə iştirak edir.
Lalə Nəsib