Silah-sursat və narkotik vasitələr aşkar edilib
Bərdə sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Ondan "Kalaşnikov AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb. Hacıqabulda da Alxan Ağarəhimovdan 1 ədəd atəşə yararlı "AKS-74" markalı avtomat, həmin silaha aid daraq və 29 ədəd patron götürülüb. Bundan əlavə, rayon sakinləri tərəfindən bir ədəd avtomat, 200-ə yaxın patron, 9 ədəd partladıcı, eləcə də 2-si yivli olmaqla 7 ədəd odlu silah könüllü olaraq polisə təhvil verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bərdə sakinləri Kamil Həsənov və Şamil Həsənovdan isə 2 kiloqram 350 qramdan artıq marixuana və heroin aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Lalə Nəsib