Subbakalavrların sənəd qəbulunun vaxtı açıqlanıb
Subbakalavrların sənəd qəbulunun vaxtı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahan vermədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyənlər 11 may – 31 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər. Ümumi qaydada imtahanlarda iştirak edərək ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar isə 1 – 15 mart tarixlərində qeydiyyatdan keçə bilərlər.
Lalə Nəsib